Azərbaycanın daha iki cüdoçusu beynəlxalq turnirdə medal qazanıb
15 mart 2026 - 23:55 333
Polşanın paytaxtı Varşavada keçirilən cüdo üzrə böyüklər arasında Avropa Açıq Turniri başa çatıb.
Son yarış günündə Azərbaycan millisinin daha 2 üzvü fəxri kürsüdə yer alıb. +100 kiloqram çəki dərəcəsində mübarizə aparan Camal Feyziyev gümüş medala layiq görülüb. Elmar Qasımov (100 kiloqram ) isə bürünc mükafata sahib çıxıb.
Xatırladaq ki, ötən gün Tofiq Məmmədov (66 kiloqram) üçüncü yeri tutub.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı