Azərbaycanın daha iki cüdoçusu Meksikadakı Qran-Pridə qızıl medal qazanıb
19 oktyabr 2025 - 11:14 520
Azərbaycanın cüdo millisi Meksikanın Qvadalaxara şəhərində keçirilən Qran-Pri turnirində növbəti medallarını qazanıb.
Hidayət Heydərov (73 kiloqram) və Vüsal Qələndərzadə (81 kiloqram) finalda rəqiblərini üstələyərək qızıl mükafata sahib çıxıblar.
Digər cüdoçu Rəşid Məmmədəliyev (73 kiloqram) isə bürünc medala yiyələnib.
Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçularından Balabəy Ağayev (60 kiloqram) və Ruslan Paşayev (66 kiloqram) turnirinin qalibi olublar. Əhməd Yusifov (60 kiloqram) isə üçüncü yeri tutub.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı