Azərbaycanın dəyərli ziyalısı, ictimai-siyasi və idman xadimi, professor Ağacan Abıyevin 87 yaşı tamam olur
24 noyabr 2024 890
Noyabrın 24-də Azərbaycanın dəyərli ziyalısı, ictimai-siyasi və idman xadimi, professor Ağacan Abıyevin 87 yaşı tamam olur.
Ağacan Qulam oğlu Abiyev 1937-ci il noyabrın 24-də Bakının Bülbülə qəsəbəsində anadan olub.
Ağacan Abıyevin adı ölkəmizin boks tarixinə qızıl hərflərlə yazılıb və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (1987-2015) ən uzun ömürlü rektoru kimi (28 il) tarixə düşüb.
2005, 2010 və 2015-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmiş, parlamentin elm və təhsil komitəsinin üzvü, intizam komissiyasının sədri vəzifəsində çalışmışdır. 1987-ci ildən Azərbaycan Boks Federasiyasının prezidenti və daha sonra I vitse-prezidenti olan Ağacan Abıyev həmçinin Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) baş katibi (1992-2021), Olimpiya Akademiyasının prezidenti, Avropa Beynəlxalq Boks Federasiyasının (AİBA) vitse-prezidenti, Dünya Boks Federasiyasının İcraiyyə Komitəsinin üzvü olub. O, SSRİ-nin fəxri idman ustası, Əməkdar məşqçi, beynəlxalq dərəcəli hakimdir. Azərbaycan prezidentinin Sərəncamları ilə “Şöhrət" və "Şərəf" ordenlərilə təltif edilib, “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
Elm sahəsində də Ağacan müəllimin böyük xidmətləri olub. O, 100-dən çox elmi məqalənin, monoqrafiyanın, tədris vəsaitlərinin, ixtiraların müəllifi, elektron hakimlik sisteminin ilk yaradıcılarındandır. İdman sahəsində qazandığı uğurlarla dünyanın bir çox ölkələrində tanınan Ağacan Abıyev Azərbaycanda İdmanın və Olimpiya Hərəkatının kütləviləşməsində və inkişafında mühüm rol oynayıb.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı sosial media hesablarında paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 28 May - Müstəqillik Günü ... Ətraflı
Bu gün MOK-un vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftaxetdinovanın doğum günüdür
“Şöhrət” ordenli, “Tərəqqi” medallı, Əməkdar bədən tərbiyəsi və idman xadimi, ... Ətraflı







