Azərbaycanın dövlət qurumlarının əməkdaşları arasında güllə atıcılığı yarışı keçirilib
07 noyabr 2024 1213
Gənclər və İdman Nazirliyi, Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında güllə atıcılığı yarışı keçirilib.
Bakı Atıcılıq Mərkəzində təşkil olunan yarışda 36 dövlət qurumundan 114 əməkdaş iştirak edib.
Yekun nəticələrə görə, qadınlar arasında Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı Nərgiz Nəsirova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Aynur Məmmədova (Fövqəladə Hallar Nazirliyi) və Nigar İsmayılova (DİN) növbəti pillələrdə yer alıblar.
Kişilər arasında İlham Səfərov (DİN) birinci olub. Ayaz Kərimov (Azərbaycan Hava Yolları) yarışı ikinci, Zülfüqar Babayev (DİN) isə üçüncü yerdə başa vurublar.
Qeyd edək ki, yarış noyabrın 6-da keçirilib.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı