Azərbaycanın güləş hakimi növbəti dəfə Olimpiadaya təyinat alıb
30 may 2024 1079
Azərbaycanın güləş hakimi Asif Şirəliyev “Paris-2024” Yay Olimpiya Oyunlarına təyinat alıb.
I-S kateqoriyalı referi ardıcıl ikinci dəfə Olimpiadada ədaləti qoruyacaq.
İlk dəfə “Tokio-2020”də debüt edən 43 yaşlı hakim bu dəfə Fransa paytaxtında güləş görüşlərini idarə edəcək.
Dünya Güləş Birliyi (UWW) geridə qalan yarışlarda A.Şirəliyevin idarəçiliyini qiymətləndirərək ona məsul yarışda etimad göstərib.
Qeyd edək ki, ümumilikdə 39 güləş referisi qarşıdan gələn Olimpiadada iş başında olacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı