Azərbaycanın güləş milliləri ilin ilk təlim-məşq toplanışına başlayıblar
14 yanvar 2025 1006
Güləş üzrə Azərbaycan milli komandaları təlim-məşq toplanışına start verib.
Azərbaycan Güləş Federasiyasından (AGF) verilən məlumata görə, hər üç millimiz AGF-nin təlim-məşq bazasında hazırlıq keçir. Güləşçilər məşqçilərin nəzarəti altında həm fiziki, həm də taktiki-texniki çalışmaları yerinə yetirir.
Sərbəst güləş üzrə yığmanın bir qrupu yanvarın 19-da Dağıstana yollanacaq. Komanda əsas heyəti fevralın 1-dək Mahaçqalada təlim-məşq toplanışı keçəcək.
Yunan-Roma və qadın güləşi üzrə milliləri isə fevralın 5-9-da Xorvatiyada keçiriləcək ilin ilk reytinq turnirinədək məşqləri doğma məkanda davam etdirəcək. Hər iki seçmə “Zaqreb Open”dən sonra qarşıdakı mühüm yarışlara ölkə xaricində hazırlaşacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı