Azərbaycanın güllə atıcıları Qran-Pridə komanda yarışının qalibi olublar
23 noyabr 2024 892
Azərbaycanın güllə atıcıları Serbiyanın Smederevo şəhərində gənclər arasında keçirilən Qran-Prinin komanda yarışlarında uğurla çıxış ediblər.
10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada oğlanlardan ibarət milli komandamız qızıl, qızlardan ibarət kollektiv isə gümüş medal qazanıb.
Qeyd edək ki, eyni proqramın fərdi yarışlarında Vladislav Kalmıkov qızıl, Leyli Əliyeva gümüş, İmran Qarayev bürünc mükafata yiyələnib.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı