Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14 may 2024 993
Azərbaycanın hokkey üzrə "Baku Flames" komandası Tatarıstanın paytaxtı Kazanda İslam ölkələri arasında keçirilən “Orxis Cup” beynəlxalq turnirində növbəti qələbəsini qazanıb.
Təmsilçimiz İran komandası ilə qarşılaşıb.
Görüş komandamızın 11:6 hesablı üstünlüyü ilə başa çatıb.
Qeyd edək ki, "Baku Flames" ilk oyunda Bəhreyn komandasına 8:3 hesabı ilə qalib gəlib. Tarixində ilk dəfə beynəlxalq turnirdə iştirak edən Azərbaycan komandası ilə yanaşı, medallar uğrunda Türkiyə, Qazaxıstan, Pakistan, Monqolustan, İran, Livan, Bəhreyn, Tatarıstan və Qırğızıstan təmsilçiləri də mübarizə aparırlar.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı
