Xəbərlər

Azərbaycanın idman gimnastları Dünya kubokunda iştirak edəcəklər

01 sentyabr 2023 193

Türkiyənin Mersin şəhərində “Challenge” seriyasına aid Dünya kuboku keçiriləcək.

Yarışda idman gimnastikası üzrə milli komandamız da iştirak edəcək.

Bununla əlaqədar olaraq yığmamızın üzvləri Mənsum Səfərov, Nikita Simonov, Nazənin Teymurova və Samirə Qəhrəmanova Mersin şəhərinə yola düşüblər.