Azərbaycanın iki cüdoçusu Avropa çempionu olub
15 noyabr 2024 593
Azərbaycanın iki cüdoçusu Polşanın Pila şəhərində keçirilən 23 yaşadək gənclər arasında Avropa çempionatında qızıl medal qazanıblar.
Hüseyn Allahyarov (60 kiloqram) və Fidan Əlizadə (57 kiloqram) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Azərbaycanın digər təmsilçilərindən Aydan Vəliyeva (52 kiloqram) gümüş, Rüfət Şövlətov (73 kiloqram) isə bürünc mükafata layiq görülüb.
Bununla da milli komanda turnirin ilk gününü 4 medalla başa vurub.
Qeyd edək ki, noyabrın 17-dək davam edəcək Avropa çempionatında Azərbaycan 11 çəki dərəcəsində 15 idmançı ilə təmsil olunur.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı