Azərbaycanın iki güləşçisi Avropa çempionu olub
13 aprel 2025 515
Azərbaycanın iki yunan-Roma güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Nihat Məmmədli (60 kiloqram) finalda serbiyalı Georgi Tibilovu, Həsrət Cəfərov (67 kiloqram) isə bolqarıstanlı Əbu Müslim Amayevi məğlub edib.
Bununla da N.Məmmədli ikinci, H.Cəfərov üçüncü dəfə Avropa çempionu adına sahib çıxıb.
Ülvi Qənizadə (72 kiloqram) isə Aleksandr Liavonçikə qalib gələrək bürünc mükafatla kifayətlənib.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər 1 qızıl, 1 gümüş və 4 bürünc, yunan-Roma güləşçiləri isə 1 gümüş və 1 bürünc medal qazanıblar. Qadınların yarışında isə Jalə Əliyeva (57 kiloqram) bürünc mükafata yiyələnib.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı