Azərbaycanın iki karateçisi Bolqarıstanda keçirilən Dünya Kubokunda medal qazanıb
09 iyul 2025 - 12:08 746
Azərbaycan Karate Federasiyasının nəzdində fəaliyyət göstərən “KWU-WFKF” Birliyi üzrə millinin iki üzvü Bolqarıstanın Varna və Kamçiya şəhərlərində keçirilən “KWU-SENSHI” (Dünya Kyokuşin Birliyi) üzrə Dünya Kubokunda medal qazanıb.
Bu barədə Karate Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Selcan Babayeva (16-17 yaş, +65 kq) qızıl, Cavid Kazımlı (16-17 yaş, +75 kq) gümüş medal qazanıb.
Azərbaycan yarışda ümumilikdə 19 idmançı ilə təmsil olunur. Onlardan 14-ü (kyokuşin karate üzrə) artıq mübarizəyə qoşulub, 5 idmançı isə böyüklər arasında keçiriləcək “SENSHI” yarışlarında iştirak edəcək.
Bu mötəbər yarışa Dünya Kyokuşin Birliyinin 37 ölkə üzrə rəsmi nümayəndəliklərinin yığmaları qatılıb. Yığma yarışda Azərbaycan Karate Federasiyasının baş katibi, həmçinin “KWU-SENSHI” üzrə nümayəndəsi Qabil Sayadovun rəhbərliyi ilə iştirak edir.
Qeyd edək ki, Azərbaycan Karate Federasiyasının “KWU-SENSHI” Birliyi üzrə rəhbəri Ramin Əsədovdur.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı