Azərbaycanın iki parabadmintonçusu Gimnaziadanın qızıl medalına layiq görülüb
07 aprel 2025 535
Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında parabadminton yarışlarına start verilib.
Ujiçe şəhərində keçirilən yarışların ilk günündə Azərbaycan təmsilçiləri Zəhra Salmanlı və Əli Məhərrəmov uğurla çıxış ediblər.
Z.Salmanlı birinci mərhələdə digər azərbaycanlı idmançı İlkin Bağırzadə ilə qarşılaşıb və qalib gəlib - 21:6,21:12.
İkinci raundda braziliyalı rəqibini (21:8,21:16) məğlub edən Zəhra həlledici görüşdə beninli idmançını (21:5, 21:5) üstələyərək qızıl medala sahib çıxıb.
Ə.Məhərrəmov isə ilk mərhələdə Benin (21:7:21:10), digər iki raundda isə Braziliya təmsilçilərinə (21:13,21:17),( 21:18,21:15) qalib gələrək qızıl medala sahib çıxıb.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı