Azərbaycanın iki qadın güləşçisi dünya çempionatında bürünc medal uğrunda yarışacaq
05 sentyabr 2024 954
İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.
Üçüncü yarış günündə Azərbaycanın 3 qadın güləşçisi xalçaya çıxıb. Aysel Məmmədzadə (50 kiloqram) 1/8 finalda türkiyəli Fatma Kızmaza 0:6 hesabı ilə məğlub olub. Nərgiz Səmədova (55 kiloqram) çinli Liuxuan Çeni (18:13) mübarizədən kənarlaşdırdıqdan sonra 1/4 finalda monqolustanlı Xaliun Byambasurenə 2:6 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün Nərgiz sabah təsəlliverici görüşdə kanadalı Madisin Qrofla güləşəcək.
Ruzanna Məmmədova (59 kiloqram) polşalı Nikola Vasilevskaya “tuş”la, çinli Yifan Juya isə 4:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında yaponiyalı Sakura Onişiylə bacarmayıb – 0:10. Ruzannanın bürünc medal uğrunda qarşılaşmada rəqibi Yelena Kurova (AİN) – Komal Komal (Hindistan) görüşünün qalibi olacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı