Azərbaycanın iki sərbəst güləşçisi İranda fəxri kürsüyə qalxıb
16 may 2025 978
İranın Behşehr şəhərində sərbəst güləş üzrə “Necad Haşimi Kuboku” turnirinə start verilib.
Azərbaycan Güləş Federasiyasından bildirilib ki, ilk yarış günündə sərbəst güləş üzrə 57, 65, 74, 86 və 97 kiloqramda qaliblər müəyyənləşib. Yeddi ölkənin idmançılarının mübarizə apardığı ənənəvi turnirin ilk günündə U-20 milli komandanın 2 üzvü fəxri kürsüyə qalxıb. Omar Gülməmmədov (74 kiloqram) gümüş, Sədrəddin Həsənov (57 kiloqram) isə bürünc medal qazanıb.Vasif Bağırov, Hüseyn Hüseynov (hər ikisi 57 kiloqram) və Məhəmməd Abbaszadə (86 kiloqram) beşinci yerlə kifayətlənib.
Bu gün 61, 70, 79, 92 və 125 kiloqramda medalçılar məlum olacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı