Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarına bu gün yekun vurulacaq
08 oktyabr 2025 - 09:30 556
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarına bu gün yekun vurulacaq.
Sonuncu yarış günündə bədii gimnastika üzrə növbəti medalçılar müəyyənləşəcək. Şəki Olimpiya İdman Kompleksində keçiriləcək finallar saat 12:00-da start götürəcək.
Bu gün, həmçinin Oyunların bağlanış mərasimi baş tutacaq. Gəncə stadionunda gerçəkləşəcək tədbir saat 19:00-da başlayacaq.
Sentyabrın 26-da start götürən Oyunlarda 13 ölkədən 1 624 idmançı mübarizə aparır.
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionu olub
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa ... Ətraflı
Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü ... Ətraflı