Azərbaycanın kamandan oxatma üzrə milli komandası Avropa Kubokunda iştirak edir
13 may 2025 628
Bolqarıstanın paytaxtı Sofiya şəhərində gənclər arasında kamandan oxatma üzrə Avropa Kuboku turnirinə start verilib.
Azərbaycan millisi yarışlarda səkkiz idmançı ilə (Fatimə Hüseynli, Sümeyyə Bədəlli, Yağmur Qurbanlı, Zəhra Carçılı, Zahid Kazımzadə, Nurlan Rəhimli, Sərdar Vəliyev, İslam İsmayılov) təmsil olunur.
Avropa Kubokunda ümumilikdə 18 ölkədən 204 idmançı mübarizə aparır.
Bu gün oxatanlar sıralama turuna başlayıblar.
Qeyd edək ki, Avropa Kubokuna mayın 17-də yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı