Azərbaycanın muaytay millisi Avropa Oyunlarını üç medalla başa vurub
26 iyun 2023 996
Azərbaycanın muaytay millisi Polşada keçirilən III Avropa Oyunlarını üç medalla başa vurub.
Muaytay millimizə üçüncü medalı Emiliya Rzayeva (63,5 kq) qazandırıb. Həlledici döyüşə vəsiqə uğrunda görüşdə Tereza Steçova (Çexiya) ilə qarşılaşan təmsilçimiz məğlub olaraq bürünc medalla kifayətlənib.
Muaytay yığmamızın digər üzvləri Xəyal Əliyev (67 kq) və Aysu Devrişova (57 kq) da yarışı üçüncü pillədə başa vurublar.
Qeyd edək ki, muaytay millimiz III Avropa Oyunlarında dörd idmançı ilə təmsil olunub. Onlardan üçü mükafatçılar sırasında yer alıb.
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı




