Azərbaycanın olimpiya mükafatçısı taekvondo üzrə beynəlxalq turnirdə 2-ci yeri tutub
17 mart 2025 643
Taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan millisinin üzvləri Belçikanın Lommel şəhərində keçirilmiş “Belgian open” turnirində 6 medal qazanıblar.
Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, bunlardan 1-i qızıl, 1-i gümüş, 4-ü bürünc mükafatdır.
Bəhruz Quluzadə (54 kiloqram) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “Paris-2024” Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Qaşim Maqomedov (63 kiloqram) ikinci, Xıdır Məmmədov (54 kiloqram), Səyyad Dadaşov (58 kiloqram), Eltac Qafarov (87 kq) və Səmərrux Osmanova (49 kiloqram) üçüncü yeri tutub.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı