Azərbaycanın paragüllə atıcısı Avropa çempionu olub
07 oktyabr 2025 - 18:22 526
Azərbaycanın paragüllə atıcısı Kamran Zeynalov Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa çempionatında 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada qızıl medal qazanıb.
Paralimpiyaçı 235.6 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, K. Zeynalov daha əvvəl qitə çempionatında qarışıq komanda üzrə 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada (P6) Aybəniz Babayeva ilə birlikdə, eləcə də 50 metr məsafəyə tapançadan atəş açma üzrə fərdi yarışda gümüş medala yiyələnib.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı