Azərbaycanın Paralimpiya çempionu dünyanın ən yaxşı parataekvondoçusu seçilib
04 dekabr 2024 1149
Azərbaycanın Paralimpiya çempionu İmaməddin Xəlilov Dünya Taekvondo Federasiyası (WT) tərəfindən 2024-cü ilin ən yaxşı kişi parataekvondoçusu adına layiq görülüb.
Bu il ərzində iştirak etdiyi bütün turnirlərdə qızıl medal qazanan idmançı Paralimpiya, dünya və Avropa çempionu titullarına yiyələnib. O, həmçinin dünya reytinqinin hazırkı lideridir.
Parataekvondoçuya mükafat Honkonqda keçirilən qala gecəsində təqdim olunub.
Qeyd edək ki, İmaməddin Xəlilov bu ada Dünya Taekvondo Federasiyasının Texniki Komissiyasının yekdil rəyi əsasında layiq görülüb.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı