Azərbaycanın qadın boksçuları III MDB Oyunlarını 1 qızıl, 5 gümüş və 4 bürünc medalla başa vurub
04 oktyabr 2025 - 17:37 613
Bu gün III MDB Oyunlarının boks yarışlarında qadınlar arasında final döyüşləri yekunlaşıb.
Boks yarışlarında qadınlar arasında müxtəlif çəki dərəcələrində qızıl medallar uğrunda döyüşlər keçirilib.
Azərbaycan millisinin 6 təmsilçisi qızıl medal uğrunda rinqə çıxıb. Boksçularımızdan 1-i qızıl, 5-i isə gümüş medalla turniri başa vurub. Belə ki, 48 kiloqram çəki dərəcəsində çıxış edən Gülər Hüseynova finalda rusiyalı Daria Qavrina üzərində qələbə qazanaraq qızıl medala sahib olub. Digər boksçularımız – Aysel Fərəcova (46 kiloqram), Əminə Tağı (50 kiloqram), Cəmilə Muradlı (54 kiloqram), Fidan Bakarova (63 kiloqram) və Aynur İsmayılova (60 kiloqram) isə finalda məğlub olaraq gümüş medalla kifayətləniblər.
Bundan əvvəl Aylin Nəzərova (46 kiloqram), Zəhra Məmmədova (52 kiloqram), Mirrüqeyya Azərpur (57 kiloqram) və Səma Abbasova (66 kq) bürünc medallar qazanıblar.
Beləliklə, Azərbaycanın qadın boksçuları turniri 1 qızıl, 5 gümüş və 4 bürünc medalla başa vurublar.
Digər final döyüşlərində isə rusiyalı boksçu Viktoriia Klimova (46 kiloqram), özbək idmançıları Nazokat Mardonova (50 kiloqram), Sabina Mirzaeva (52 kiloqram), Kumriniso Muhammədova (54 kiloqramda), Farzuna Ruzieva (57 kiloqram) və Rushanabonu İsoeva (63 kiloqram), Qazaxıstan təmsilçiləri Jasmin Abramyan (60 kiloqram) və Dilyara Tursynbek (66 kiloqram) qızıl medallara sahib olublar.
Qeyd edək ki, boks üzrə yarışlar oktyabrın 5-də yekunlaşacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı