Azərbaycanın qadın gimnastları Yunanıstanda qızıl medallar qazanıblar
12 noyabr 2024 964
Azərbaycan təmsilçiləri Yunanıstanın Saloniki şəhərində keçirilən qadın idman gimnastikası üzrə “Horizon Cup” beynəlxalq turnirində uğurla çıxış ediblər.
Yığma üzvləri fərdi proqram üzrə yüksək nəticələr göstərərək I,II III yerin sahibi olublar.
Leyla Məmmədzadə çoxnövçülük və sərbəst hərəkətlərdə, Dəniz Əliyeva çoxnövçülük və gimnastika tirində, Aynaz Məcidzadə gimnastika tirində, Aytən Məmmədova isə sərbəst hərəkətlərdə qızıl medal qazanıblar.
Bundan başqa, A.Məcidzadə çoxnövçülük və sərbəst hərəkətlərdə gümüş, D.Əliyeva sərbəst hərəkətlərdə, A.Məmmədova isə çoxnövçülükdə bürünc mükafata sahib çıxıblar.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı