Azərbaycanın qadın həndbolçulardan ibarət yığmasının İslamiadadakı rəqibləri müəyyənləşib
26 oktyabr 2025 - 14:40 609
Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandasının Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri müəyyənləşib.
Azərbaycan Həndbol Federasiyasından verilən məlumata görə, yığmamız Qazaxıstan, Pakistan və Qətər seçmələri ilə birgə B qrupunda yarışacaq. A qrupunda isə Türkiyə, İran, Qvineya və Maldiv adaları millisi yer alıb.
İslam Həmrəyliyi Oyunlarında həndbol yarışları noyabrın 13-dən 21-dək keçiriləcək.
Xatırladaq ki, qadın həndbolçulardan ibarət Azərbaycan millisi 2017-ci ildə Bakıda təşkil olunan analoji yarışda qızıl medal, 2022-ci ildə isə Türkiyənin Konya şəhərində keçirilən Oyunlarda isə gümüş medal qazanıb.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı