Azərbaycanın qadın qılıncoynadanları Qahirədə beynəlxalq qılıncoynatma yarışında iştirak edirlər
29 mart 2025 822
Qahirə stadionunun qapalı zalında qadınlar arasında qılıncoynatmanın sablya növü üzrə Dünya Kuboku yarışları başlayıb.
“Əl-Əhram” qəzetinə istinadla, martın 30-dək davam edəcək yarışda 33 ölkədən 181 idmançı iştirak edir.
Misir yarışlara ən çox idmançı sayı ilə (18 idmançı) çıxıb. Azərbaycanı bu idman tədbirində 3 idmançı - Kərimova Səbinə, Hüseynova Zərifə və Kaspiaroviç Palina təmsil edir.
Digər iştirakçı ölkələr bunlardır: Argentina, Avstriya, Belçika, Kanada, Çin, Salvador, Fransa, Gürcüstan, Almaniya, Britaniya, Yunanıstan, Honkonq, Macarıstan, Hindistan, İtaliya, Yaponiya, Qazaxıstan, Koreya Respublikası, Niderland, Polşa, Rumıniya, Səudiyyə Ərəbistanı, Sinqapur, İspaniya, Türkiyə, Ukrayna, ABŞ, Özbəkistan, Venesuela və bir ölkə (neytral statusda).
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı