Azərbaycanın qızlardan ibarət basketbol millisi MDB Oyunlarında gümüş medal qazanıb
06 oktyabr 2025 - 19:12 570
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında basketbolun 3x3 növü üzrə qızların yarışına yekun vurulub.
Finalda Azərbaycan və Rusiya yığmaları qarşılaşıb. Görüş rəqibin 19:13 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da Azərbaycan millisi gümüş medalla kifayətlənib. Oğlanlardan ibarət yığma isə yarışı 4-cü sırada başa vurub.
Qeyd edək ki, MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı