Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda qızıl medal qazanıb
02 may 2025 674
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bakıda keçirilən Avropa Kubokunda uğurla çıxış edib.
Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Kamilla Əliyeva və Sofiya Məmmədovadan ibarət komanda qızıl medal qazanıb.
Onlar top və halqalarla hərəkətlər üzrə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qeyd edək ki, Avropa Kubokunda 25 ölkədən 175 gimnast çıxış edir.
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionu olub
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa ... Ətraflı
Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü ... Ətraflı