Azərbaycanın şpaqa millisi Avropa çempionatını 8-ci sırada başa vurub
03 mart 2025 882
Azərbaycanın şpaqa millisi Türkiyənin Antalya şəhərində keçirilən qılıncoynatma üzrə Avropa birinciliyində 8-ci yeri tutub.
Rəsul Əliyev, Abbas Hüseynov, Timur Husnaddinov və Ayxan Xasıyevdən ibarət komanda ilk görüşdə İspaniyaya 45:42 hesabı ilə qalib gəlib.
İlk "səkkizlik"də yer alan yığma daha sonra Fransa (29:45), Almaniya (41:45) və Rumıniya (41:45) millilərinə uduzub.
Xatun Bayramova, Aynur Quliyeva, Xədicə Həsənli və Nazilə Rəhimovadan ibarət şpaqa millimiz isə qızların komanda yarışında 14-cü olub.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı