Azərbaycanın stolüstü tennis millisi beynəlxalq yarışın qalibi olub
26 oktyabr 2024 993
Azərbaycanın stolüstü tennisçiləri Onur Quluzadə ilə Yağmur Məmmədli Latviyanın paytaxtı Riqa şəhərində keçirilən “Riga City Council’s Youth Cup” beynəlxalq turnirində uğurlu çıxış ediblər.
U-13 yaş kateqoriyasında mübarizə aparan idmançılar bütün rəqiblərinə qalib gələrək baş mükafata layiq görülüblər.
Azərbaycan millisi beynəlxalq yarışa 16 idmançı ilə qatılıb.
Turnirə oktyabrın 27-də yekun vurulacaq.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı