Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq turnirdə 5 medal qazanıblar
21 sentyabr 2025 - 22:38 524
Azərbaycanın stolüstü tennisçiləri Gürcüstanın Batumi şəhərində yeniyetmələr arasında keçirilən "WTT Youth Contender" beynəlxalq turnirində 5 medal qazanıblar.
Stolüstü Tennis Federasiyasının mətbuat xidmətinə istinadən, bu gün 11 yaşadək idmançıların mübarizəsinə qatılan Mehin Mirzəbalayeva bütün rəqiblərinə qalib gələrək baş mükafata layiq görülüb.
Əliəkbər Mirzəliyev eyni yaş qrupunda ikinci, Cəfər Almədədli üçüncü yeri tutub.
Qeyd edək ki, yarışın ilk günlərində M.Mirzəbalayeva ilə V.Babayev U-13 kateqoriyasında üçüncü yerə layiq görülmüşdü.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı