Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışa qatılacaqlar
15 sentyabr 2025 - 14:22 630
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışa qatılacaqlar.
Bu barədə Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən bildirilib.
Stolüstü tennisçilər bu gün Türkiyəyə yollanıblar.
Hilal Həsənov, Nihad Məmmədov, Adil Əhmədzadə, Rüstəm Hacılı, Onur Quluzadə, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Aylin Əsgərova, Mərziyyə Nurmətova və Yağmur Məmmədli məşqçilər Ramil Cəfərovla Səbinə Əzizlinin rəhbərliyi altında "WTT Feeder Cappadocia" turnirində iştirak edəcəklər.
Sabah startı veriləcək beynəlxalq yarışa sentyabrın 20-də yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı