Azərbaycanın stolüstü tennisçiləri “WTT Youth Contender” turnirini 3 medalla başa vurub
15 fevral 2025 598
Azərbaycanın stolüstü tennisçiləri Türkiyənin Nevşehir şəhərində təşkil olunan “WTT Youth Contender” turnirini 3 medalla başa vurub.
Federasiyadan verilən məlumata görə, yarışın son günündə U-15 kateqoriyasının şəxsi turnirində mübarizə aparan Onur Quluzadə komandanın aktivinə növbəti medalı yazdırıb.
Yarımfinalda Türkiyə təmsilçisi Kenan Kahramanla qarşılaşan idmançı 2:3 hesabı ilə məğlub oıaraq bürünc mukafatla kifayətlənib.
Qeyd edək ki, O.Quluzadə U-17 kateqoriyasında da fəxri kürsünün üçüncü pilləsinə qalxmışdı. Qarışıq-qoşa yarışında isə Onur Quluzadə və Yağmur Məmmədli cütlüyü U-15 kateqoriyasında baş mükafata layiq görülmüşdü.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı