Azərbaycanın stolüstü tennisçisi dünyanın ən istedadlıları sırasında
03 dekabr 2025 - 10:57 399
Stolüstü tennisçi Onur Quluzadə Beynəlxalq Stolüstü Tennis Federasiyasının “Qlobal gənclər təlim düşərgəsi”nə qatılacaq.
İstedadlı idmançı Çinin Çendu şəhərində təşkil olunacaq toplanışda milli komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə iştirak edəcək.
Onur Quluzadə bu düşərgəyə BSTF-nin qitələr üzrə ən istedadlı idmançıları üçün həyata keçirdiyi proqrama əsasən dəvət alıb.
Həmin proqram beynəlxalq yarışlarda mütəmadi olaraq yüksək nəticələr göstərən istedadlı stolüstü tennisçilər üçün nəzərdə tutulub ki, xüsusi seçilmiş 40 idmançı arasında Onur Quluzadə də yer alır.
Qeyd edək ki, “Qlobal gənclər təlim düşərgəsi” dekabrın 4-dən 13-dək təşkil olunacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı