Azərbaycanın taekvondo millisi Türkiyədə beynəlxalq turnirdə iştirak edəcək
11 fevral 2025 838
Azərbaycanın gənclərdən ibarət taekvondo millisi Türkiyənin Antalya şəhərində keçiriləcək “Turkish Open” beynəlxalq turnirində iştirak edəcək.
Azərbaycan Taekvondo Federasiyasından (ATF) verilən məlumata görə, yarışda ölkəmizi baş məşqçi Rəşad Məmmədov, məşqçilər Fəridə Əzizova və Ayxan Tağızadənin rəhbərliyi altında 27 idmançı təmsil edəcək.
Gənclərin yarışı fevralın 13-14-də baş tutacaq.
Qeyd edək ki, yığma ilə birgə turnirə ATF-in vitse-prezidenti Niyaməddin Paşayev də yollanacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı