Azərbaycanın tanınmış cüdoçuları Gəncədə ustad dərsi keçəcəklər
11 sentyabr 2023 1483
Azərbaycan Cüdo Federasiyası (ACF) sentyabrın 18-də Gəncədə təcrübəli mütəxəssislərin iştirakı ilə ustad dərsi təşkil edəcək.
Master-klas cüdo ilə yaxından tanış olmaq, həvəskarların bu idmanı ən yaxşılardan öyrənmək və bacarıqlarını artırmaq məqsədi daşıyır.
Ustad dərsi Olimpiya, dünya və Avropa çempionatlarının mükafatçıları Rüstəm Orucov və Orxan Səfərovun iştirakı ilə baş tutacaq.
Tədbir zamanı cüdonun fəlsəfəsi, fundamental texnikalar, fəndlərin yerinə yetirilməsi də daxil olmaqla müxtəlif mövzular əhatə olunacaq.
Cüdo təlim mərkəzində keçiriləcək tədbir saat 10:00-da başlayacaq.
Bənzər xəbərlər
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı
Azərbaycan gimnastları beynəlxalq turniri 12 medalla başa vurublar
Portuqaliyanın Santarem şəhərində batut gimnastikası və tamblinq üzrə ənənəvi SCALABISCUP ... Ətraflı