Azərbaycanın tanınmış futbol veteranının 90 illik yubiley mərasimi keçirilib
08 sentyabr 2025 - 18:14 424
Azərbaycanın tanınmış futbol veteranı Siyavuş İbrahimovun 90 illik yubiley mərasimi keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, tədbirdə nazir Fərid Qayıbov, Azərbaycan İdman Veteranları İctimai Birliyinin sədri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftahətdinova, bir sıra idman qurumlarının nümayəndələri və idman veteranları çıxış edərək, veteran futbolçunun idmana verdiyi töhfələrdən və idmanın inkişafındakı rolundan danışıblar.
Tədbirdə yubilyarın həyat və idman yolunu əks etdirən videoçarx nümayiş etdirilib. Sonda Siyavuş İbrahimov çıxış edərək şəxsi xatirələrini bölüşüb, yetirmələrinə, dostlarına və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı