Azərbaycanın titullu karateçisinin Parisdəki yarışa qatılmamasının səbəbi bəlli olub
25 yanvar 2024 1007

Qadın karateçilərdən ibarət Azərbaycan yığmasının lideri İrina Zaretskanın Fransanın paytaxtı Parisda keçiriləcək Premyer Liqa turnirində iştirak edə bilməməsinin səbəbi bəlli olub.
Azərbaycan Karate Federasiyanın (AKF) idarə heyətinin üzvü Yaşar Bəşirovun verdiyi məlumata görə, 28 yaşlı idmançı zədəli olduğu üçün yarışdan kənarda qalıb.
AKF rəsmisi üçqat dünya çempionunun hazırlıq prosesində zədə aldığını bildirib: “Bizə zəng vurdu və yarışı buraxacağını bildirdi. Əlbəttə ki, onun yoxluğu komandamız üçün ciddi itkidir”.
Qeyd edək ki, Azərbaycan millisi yanvarın 26-28-də keçiriləcək Premyer Liqa turnirində 7 karateçi ilə təmsil olunacaq. Kişilərin yarışında Tural Ağalarzadə (67 kiloqram), Əminağa Quliyev və Fərid Savadov (hər ikisi 60 kiloqram), Turqut Həsənov (84 kiloqram), Asiman Qurbanlı (+84 kiloqram), qadınların mübarizəsində isə Fidan Teymurova (50 kiloqram) və Mədinə Sadıqova (55 kiloqram) qüvvəsini sınayacaq.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı