Azərbaycanın U-18 millisi Avropa çempionatında keçirdiyi beşinci oyunda qələbə qazanıb
09 iyul 2025 - 13:30 591
Azərbaycanın basketbol üzrə qızlardan ibarət U-18 millisi ilk dəfə iştirak etdiyi Avropa çempionatının B divizionunda keçirdiyi beşinci oyunda qələbə qazanıb.
Komanda C qrupundakı son matçında Kosovo yığmasını 62:54 hesabı ilə məğlub edib.
Bu nəticədən sonra komanda qrupu üçüncü sırada tamamlayıb.
Qeyd edək ki, milli ilk dəfə qatıldığı Avropa çempionatının B divizionunda 9-16-cı yerlər uğrunda mübarizə aparacaq. Yığma buna qədər qrupdakı matçlarda Bosniya və Herseqovina (83:81), İslandiya (86:79) üzərində qazanıb, Ukrayna (65:78) və Litvaya (31:82) isə uduzub.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı