Azərbaycanın üzgüçülük komandası MDB Oyunlarında növbəti medalını qazanıb
02 oktyabr 2025 - 11:20 433
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında üzgüçülük yarışları davam edir.
Gəncə İdman Sarayında təşkil edilən yarışların beşinci günündə daha bir təmsilçimiz medal qazanıb. Anastasiya Qnussina 1500 metr məsafəyə sərbəst üsulla üzmədə bürünc mükafata sahib çıxıb.
Bu gün, həmçinin Süleyman İsmayılzadə 400 metr məsafəyə sərbəst üsulla üzmədə birinci yeri tutaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı