Azərbaycanın veteran cüdoçusu 12 qat dünya çempionu olub
05 noyabr 2024 910
Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli Amerika Birləşmiş Ştatlarının Las-Veqas şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, M8 yaş kateqoriyası üzrə 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu qələbə ilə F.Rəcəbli usta cüdoçular arasında 12 qat dünya çempionu olub.
90 kiloqram çəkidə mübarizə aparan Nazim Əliyev (M7) isə yarışı 5-ci pillədə tamamlayıb.
Qeyd edək ki, mundiala noyabrın 7-də yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı