Azərbaycanın voleybol hakimi beynəlxalq oyuna təyinat alıb
28 yanvar 2026 - 10:45 363
Beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov Çağırış Kubokunun oyununa təyinat alıb.
Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, o, 1/4 final mərhələsinin “Kaposvari” (Macarıstan) və “Nova Qoritsa” (Sloveniya) klubları arasında baş tutacaq qarşılaşmada ikinci hakim olacaq.
Matçın baş hakimi vəzifəsini isə türkiyəli Cevril Ebru Kaya icra edəcək.
Qeyd edək ki, CEV Hakimlər Komitəsi bu il yeni layihəyə – “CEV Mentoring Program 2026”ya start verib. Layihəyə 16 təcrübəli hakim (layihə zamanı onlar mentor adlanırlar) cəlb olunub. Onlardan biri də həmyerlimiz Eldar Zülfüqarovdur.
Layihə çərçivəsində yeni hakimlər yarışlara birinci referi olaraq təyinat alırlar. Təcrübəli ədalət təmsilçiləri isə oyunda ikinci hakim olurlar və matçdan sonra yenilərin işini qiymətləndirirlər.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı