Azərbaycanın voleybol hakimi Çempionlar Liqasının oyununa təyinat alıb
04 dekabr 2024 918
Azərbaycanın beynəlxalq dərəcəli hakimi Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti dəfə təyinat alıb.
O, kişilər arasında Çempionlar Liqasının E qrupunda yer alan Bolqarıstanın “Levski Sofia” və Fransanın “Çaumont 52” komandalarının qarşılaşmasında birinci hakim olacaq. Görüşün ikinci hakimi lixtenşteynli Aleksander Sikanjicdir.
Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçiriləcək oyun bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı