Azərbaycanın voleybol və futzal yığmaları VI İslam Həmrəyliyi Oyunlarında mübarizəyə başlayır
04 noyabr 2025 - 10:30 23
Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində VI İslam Həmrəyliyi Oyunlarına start veriləcək.
Oyunların birinci günündə futzal və voleybol üzrə yarışlar keçiriləcək.
Azərbaycanın voleybol millisi ilk matçda İran seçməsi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Futzal millimiz isə A qrupunun I turunda Liviya seçməsini sınağa çəkəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi noyabrın 7-də keçiriləcək. Multiidman yarışına noyabrın 21-də yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycanın veteran cüdoçusu dünya çempionatında bürünc medal qazanıb
Fransanın paytaxtı Parisdə cüdo üzrə veteranlar arasında dünya çempionatı start ... Ətraflı
Azərbaycan Deflimpiya Komitəsinin təşkilatçılığı ilə mətbuat konfransı keçirilib
Bu gün “Radisson Hotel Baku”da Azərbaycan Deflimpiya Komitəsinin (ADK) təşkilatçılığı ... Ətraflı