Azərbaycanın voleybol yığmaları bu gün növbəti oyunlarına çıxacaqlar
13 iyun 2025 680
Azərbaycanın voleybol yığmaları bu gün növbəti oyunlarına çıxacaqlar.
Qadınlardan ibarət milli Qızıl Avropa Liqasında Xorvatiya ilə qarşılaşacaq.
Zadar şəhərində keçiriləcək matç Bakı vaxtı ilə saat 18:30-da start götürəcək. Komanda daha əvvəl Macarıstan, Sloveniya və Slovakiyaya 0:3, Monteneqroya 1:3 hesabı ilə məğlub olub.
Kişilərdən ibarət yığma isə Gümüş Avropa Liqasında Lüksemburqu sınağa çəkəcək. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq görüş saat 18:00-da başlayacaq. Daha öncə İsveçə 0:3 hesabı ilə uduzan milli Gürcüstan seçməsini üstələyib – 3:0.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı