Azərbaycanın yeniyetmə cüdoçusu dünya çempionatında bürünc medal qazanıb
27 avqust 2025 - 19:38 530
Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə cüdoçular arasında dünya çempionatı start götürüb.
İlk yarış günündə milli komandamızın bir üzvü fəxri kürsüyə qalxıb.
50 kiloqram çəki dərəcəsində mübarizə aparan Anar Quliyev ilk görüşdə Ermənistan cüdoçusu Narek Davtyana ipponla qalib gələrək 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə Arman Mıssaya (Qazaxıstan) məğlub olan cüdoçumuz təsəlliverici görüşdə Omer Mor Barakdan (İsrail) güclü olub. Avropa çempionumuz üçüncü yer uğrunda qarşılaşmada yerli idmançı Tsvetelin Martinovu məğlub edərək bürünc medala yiyələnib.
Qeyd edək ki, dünya çempionatında Azərbaycan 10 çəki dərəcəsində 15 cüdoçu ilə təmsil olunur.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı