Azərbaycanın yeniyetmə güləşçiləri Estoniyada 5 medal qazanıblar
28 mart 2026 - 23:25 25
Azərbaycan güləşçiləri Estoniyada yeniyetmələr arasında keçirilən "Tallin Open" turnirində 5 medal qazanıblar.
41 ölkənin təmsil olunduğu ənənəvi yarışda U-17 milli komandanın böyük məşqçisi Mariya Stadnik və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 7 güləşçi çıxış edib ki, onların da 5-i fəxri kürsüyə qalxıb.
Fatimə Bayramova (53 kq) keçirdiyi 7 görüşün hər birində qalib gələrək çempion olub. Nəzrin Əhmədli (49 kq), Rəna Nuriyeva (61 kq) və Simurə Abdullayeva (69 kq) gümüş, Xədicə Qurbanzadə (49 kq) isə bürünc medal qazanıb.
Qeyd edək ki, komandamız yarışdan sonra Tallində keçiriləcək beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək. Hazırlıq prosesi aprelin 1-dək davam edəcək. Yığmamız U-17 Avropa çempionatı öncəsi son toplanışı Bakıda keçəcək.
Bənzər xəbərlər
31 mart Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
Bu gün, 31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür.
Soyqırım hadisəsindən 108 ... Ətraflı
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edilib
Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında 31 Mart - ... Ətraflı