Azərbaycanın yeniyetmə qız cüdoçuları Avropa Kubokunda iştirak edəcəklər
11 mart 2025 566
Azərbaycanın yeniyetmə qız cüdoçuları Xorvatiyanın Poreç şəhərində keçiriləcək Avropa Kubokunda mübarizə aparacaqlar.
Bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanı yarışda 5 çəki dərəcəsində 14 qız idmançı təmsil edəcək.
Mədinə Hüseynova (40 kq), Fatimə Abdullayeva, Xədicə Abdullayeva, Gülşən Hüseynova (hamısı 44 kq), Leyla Ələkbərova, Nigar Məmişova, Nərmin Ağamirzadə, Nərgiz Əhmədova (hamısı 48 kq), Gülnaz Məmmədtağıyeva, Aysun Məmmədova, Səmayə Yusifli, Nəzakət Vəliyeva (hamısı 57 kq), Fidan Cəlilli və Mələk Bayramlı (hər ikisi 70 kq) tatamiyə çıxacaqlar.
Martın 15-16-da təşkil ediləcək yarışda yığmaya baş məşqçi Elnur İsmayılov rəhbərlik edəcək.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı