Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
02 mart 2026 - 10:22 387
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil olunan "Türkiye Open Sprint Cup" yarışında uğurla çıxış ediblər.
Azərbaycan Qış İdman Növləri Federasiyasına istinadən, fevralın 28-dən martın 1-dək keçirilən turnirdə ölkəmizi Abel İsmixanov və Nurid Şəkərəliyev təmsil ediblər.
Yarışın nəticələrinə əsasən, 15 idmançı arasında mübarizə aparan Abel İsmixanov qızıl medala sahib olub.
Digər təmsilçimiz Nurid Şəkərəliyev isə yarışı ikinci pillədə başa vuraraq gümüş medal qazanıb.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı