Azərbaycanın yunan-Roma güləşçiləri BRICS Oyunlarını 6 medalla başa vurublar
20 iyun 2024 865
Rusiyanın Kazan şəhərində keçirilən BRICS Oyunlarında güləş yarışlarına yekun vurulub.
Bu gün yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşib. Oyunlara tam heyətlə qatılan Azərbaycan millisinin 6 üzvü fəxri kürsüyə qalxıb.
Arif Niftullayev (97 kiloqram) çempion olub. Ziya Babaşovla (63 kiloqram) Təvəkkül Həziyev (67 kiloqram) ikinci, Tuncay Vəzirzadə (82 kiloqram), Məhəmməd Əhmədiyev (87 kiloqram) və Sərxan Məmmədov (130 kiloqram) isə üçüncü yeri tutublar.
Beləliklə, 1 qızıl, 2 gümüş və 3 bürünc medal qazanan Azərbaycan yığması 151 xalla komanda hesabında 3-cü olub.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı