Azərbaycanın yunan-Roma güləşçiləri U-17 dünya çempionatını 6 medalla başa vurublar
29 iyul 2026 - 19:07 34
Azərbaycanın yunan-Roma güləşçisi Elmir Çərkəzov Bakıda təşkil olunan U-17 dünya çempionatında bürünc medal qazanıb.
60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə rəqibinə qalib gəlib.
Bununla da yunan-Roma güləşi üzrə Azərbaycan millisi yarışı 6 medalla başa vurub. Daha əvvəl İsfahan Həsənov (80 kiloqram), Əli Cavadlı (45 kiloqram) və Abdurrahman Hüseynli (51 kiloqram) gümüş, Ömər Salmanov (48 kiloqram) və Orxan Həbibli (65 kiloqram) isə bürünc mükafata sahib çıxıblar.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən mundialda 60-dan çox ölkədən 700-dək yeniyetmə güləşçi iştirak edir. Azərbaycanı turnirdə 29 idmançı təmsil edir.
Bənzər xəbərlər
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Dünya Güləş Birliyinin ... Ətraflı
Dünya çempionatı: Azərbaycan güləşçisi Elmir Çərkəzov bürünc medal qazanıb
Azərbaycanın yunan-Roma güləşçisi Elmir Çərkəzov Bakıda təşkil olunan U-17 dünya ... Ətraflı


